...

Tramp ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşəcək

Dünya xəbərləri Materials 22 Sentyabr 2025 01:48 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin həlli yollarını müzakirə etmək üçün BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman ölkələrinin liderləri ilə görüş keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-nin "Axios" portalı öz mənblərinə istinadən bildirib.

Məlumata əsasən, görüş yerli vaxtla saat 14:30-a təyin edilib. Görüş D.Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə sentyabrın 29-na planlaşdırılan görüşündən bir həftə əvvəl baş tutacaq.

Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə rəhbərləri görüşə dəvət alıblar. Ağ Ev bu ölkələrin Qəzza zolağının müharibədən sonrakı rekonstruksiyasında iştirakını, eləcə də İsrail qoşunlarının anklavdan çıxarılmasından sonra onları əvəz edəcək “sabitləşdirici qüvvə” kimi öz hərbi kontingentlərini orada yerləşdirmək imkanlarını müzakirə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti