...

Füzulidə üç avtomobil toqquşub - Yaralananlar var

Hadisə Materials 21 Sentyabr 2025 23:19 (UTC +04:00)
Füzulidə üç avtomobil toqquşub - Yaralananlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli rayonunda baş verən zəncirvari qəzada 4 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində baş verib. Hərəkətdə olan "KİA" və 2 "Mercedes" markalı avtomobil toqquşub.

Baş verən qəza zamanı xəsarət alanlar, Beyləqan rayon Birinci Şahsevən kənd sakinləri 2003-cü il təvəllüdlü Əmirzadə Fərid Fəxri oğlu, 2002-ci il təvəllüdlü İbrahimov Füzuli Sədrəddin oğlu, Füzuli rayon Bala Bəhmənli kənd sakini 1969-cu il təvəllüdlü Niyazova Kübra Oruc qızı və Füzuli rayon Böyük Bəhmənli kənd sakini 1992-ci il təvəllüdlü Mirzəyev Cavid Koroğlu oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Daxil olan yaralılara ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan İbrahimov Füzuli Sədrəddin oğlunun müalicəsi müvafiq şöbədə davam etdirilir. Digər xəsarət alanlar isə müalicə və müayinə aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti