...

Tramp Qəzza zolağındakı vəziyyəti fəlakət adlandırıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 23:01 (UTC +04:00)
Tramp Qəzza zolağındakı vəziyyəti fəlakət adlandırıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı vəziyyəti fəlakət kimi qiymətləndirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Şübhəsiz ki, Qəzza açıq şəkildə bir fəlakətdir. Bu məsələ həll olunmalıdır", - deyə o bildirib.

ABŞ prezidentinin sözlərinə görə, onun sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ehtiyac duyduğu digər münaqişə Ukrayna böhranıdır.

"Yeddi müharibəni həll edə bildik. Bir-iki qalıb. Rusiya və Ukrayna ilə bağlı məsələni həll etməliyik, bu, dəhşətlidir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti