Bakı. Trend:
Futbol üzrə Azərbaycan millisinin MDB Oyunları üçün heyəti açıqlanıb.
AFFA-dan Trend-ə bildiriblər ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 22-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq, sentyabrın 25-dən oktyabrın 5-dək isə MDB Oyunları ilə əlaqədar Qəbələdə beynəlxalq turnirdə iştirak edəcək.