Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.
Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 177 km aralıda baş verib. Təkanların ocağı 17,4 km dərinlikdə yerləşib.