Bakı. Trend:
Əfqanıstanın Pərvan vilayətindəki Baqram aviabazasının qapıları yaxınlığında partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə "Afganistan International" telekanalı mənbələrə istinadən bildirib.
Məlumata əsasən, partlayış hərbi obyektin şərq tərəfi yaxınlığında baş verib. Hadisənin səbəbi açıqlanmayıb.
Bildirilib ki, partlayıcı maddələr üzrə ekspertlər aşkar edilən partlayıcı maddələrin nəzarətli şəkildə partladılmasını həyata keçiriblər.