...

Güləşçimiz Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu

İdman Materials 21 Sentyabr 2025 21:27 (UTC +04:00)
Güləşçimiz Həsrət Cəfərov növbəti dəfə dünya ikincisi oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, son yarış günündə yunan-Roma güləşi üzrə 63, 67 və 87 kq-da medalçılar müəyyənləşib.

İkinci dəfə dünya çempionatının finalına yüksələn Həsrət Cəfərov (67 kq) həlledici görüşdə iranlı olimpiya çempionu Səid Esmaili ilə qarşılaşıb. Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.

Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti