...

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək - Bu tarixlərdə

Gündəm Materials 22 Sentyabr 2025 10:50 (UTC +04:00)
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək - Bu tarixlərdə
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Pirəkəşkül və Ağdərədə 22-26 sentyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti