...

Azərbaycan və "ACWA Power" arasında Xəzər Dənizi Su Duzsuzlaşdırma Zavodunun inşası üzrə tərəfdaşlıq sazişi imzalanıb (FOTO)

İqtisadiyyat Materials 22 Sentyabr 2025 10:59 (UTC +04:00)
Azərbaycan və "ACWA Power" arasında Xəzər Dənizi Su Duzsuzlaşdırma Zavodunun inşası üzrə tərəfdaşlıq sazişi imzalanıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və "ACWA Power" arasında Xəzər Dənizi Su Duzsuzlaşdırma Zavodunun inşası üzrə tərəfdaşlıq sazişi imzalanıb.

Trend xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə sənədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayilov və ACWA Power şirkətinin baş icraçı direktoru Marco Arcelli sənədə imza atıblar.

Saziş “Dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət” mərhələlərini əhatə edir.

Bu layihə regionda su ehtiyatlarının effektiv idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib.

Daha sonra emal olunmuş suyun alınmasına dair Saziş imzalanıb. Bu sazişi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, “Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinin sədri Tahir Xəlilov və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli imzalayıblar.

Torpaq icarəsi haqqında Saziş isə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Marco Arcelli tərəfindən imzalanıb.

Bundan başqa, dövlət zəmanəti haqqında Saziş maliyyə naziri Sahil Babayev və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti