Bakı. Trend:
“Brutto müqavilə”nin tətbiqi daşıyıcının riskləri azaldacaq, xidmətin keyfiyyətini və əlçatanlığını artıracaq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin
təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə
bildirib.
O qeyd edib ki, tənzimləyici qurumun təyin etdiyi tələblərə uyğun
olan daşıyıcıya daşıdığı sərnişin sayına görə deyil, qət etdiyi
məsafəyə, yəni kilometrlərə görə qurum tərəfindən ödəniş
ediləcək.