...

Özəl və dövlət şirkətlərimizin strateji bazarlarda iştirakına mane olmuruq - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 22 Sentyabr 2025 10:46 (UTC +04:00)
Özəl və dövlət şirkətlərimizin strateji bazarlarda iştirakına mane olmuruq - Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi strukturumuz əsasən kapital ixracçısıdır və biz özəl aktorlarımızın, eləcə də dövlət şirkətlərimizin strateji əhəmiyyətli yurisdiksiyalarda mövqe tutmalarını maneə törətmirik. Çünki biz ekosistemin bir hissəsi olmaq istəyirik.

Trend xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

O, bəzi razılaşmaların hər iki tərəfi nümayiş etdirdiyini və bundan çox məmnunluğunu ifadə edib.

"Bu razılaşmalar bu gün və sabah imzalanacaq", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti