Bakı. Trend:
Azərbaycan Prokurorluğu yüz ildən artıq bir tarixə malikdir. Çətin və mürəkkəb sınaqlarla zəngin bu şərəfli və məsuliyyətli tarixi yolda prokurorluq institutu bir neçə inkişaf mərhələsindən keçib.
Trend xəbər verir ki, bunu Azərbaycan Baş prpkuroru Kamran Əliyev “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Baş prokuror vurğulayıb ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası milli prokurorluq orqanlarının dövlətin və cəmiyyətin həyatında yeri və roluna da yeni baxış gətirib.
K.Əliyevin sözlərinə görə, prokurorluq məhkəmə hakimiyyətinə aid edilsə də, Əsas Qanun prokurorluğun müstəqilliyini təsbit edib:
“Konstitusiya və sahəvi qanunlarla prokurorluq dövlətin və cəmiyyətin mənafeyini müdafiə edən ali orqan kimi müəyyən edilib.
Prokurorluğun Azərbaycan Konstitusiyasında müəyyən edilən statusu qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi, dövlətin və cəmiyyətin maraqlarının qorunması sahəsində müstəqil və obyektiv fəaliyyət göstərməsinə təminat verir.
Prokurorluq institutu həm hüquqi dövlətin möhkəmlənməsinə, həm
də cəmiyyətimizin demokratik inkişafına mühüm xidmət göstərir”.
O çıxışının sonunda qeyd edib ki, bu konfrans qarşılıqlı əlaqələrin
daha da inkişaf etdirilməsinə xidmət edəcək.