...

Ödənişli hərəkət zonaları sıxlıq və ekoloji problemləri azaldacaq – AYNA sədri

Cəmiyyət Materials 22 Sentyabr 2025 11:48 (UTC +04:00)
Ödənişli hərəkət zonaları sıxlıq və ekoloji problemləri azaldacaq – AYNA sədri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Böyük sayda fərdi avtomobillərin şəhərə daxil olması sıxlıq, tıxac yaradır və bununla yanaşı şəhərin bir çox yerində ümumi hərəkətin intensivliyinə, ictimai nəqliyyatın hərəkətinə, mikromobillik vasitələrin təhlükəsiz sürüşlərinə maneə yaradır, ekoloji vəziyyəti pisləşdirir, səs kirliliyi artırır.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Ödənişli hərəkət zonalarının tətbiqi sözügedən problemləri həll etməyə yönəlmiş beynəlxalq təcrübədir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti