...

Sürücülər qarşısında intervala riayət etmək kimi tələb var - AYNA sədri

Cəmiyyət Materials 22 Sentyabr 2025 12:01 (UTC +04:00)
Sürücülər qarşısında intervala riayət etmək kimi tələb var - AYNA sədri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sürücülər qarşısında intervala riayət etmək kimi tələb var.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O bildirib ki, avtobusların elektrikli və ya CNG olması əsas tələblərdəndir:

"Amma bununla məhdudlaşmır. Əlavə tələblərə, məsələn, avtobusların intervala ciddi riayət etməsi, təmizlik və komfort standartlarının qorunması, sürücülərin davranış qaydalarına əməl etməsi və təhlükəsizliklə bağlı göstəricilərə uyğun fəaliyyət göstərməsi də daxil ola bilər. Yəni yeni model sərnişinin keyfiyyətli xidmət almasını təmin edən bütün meyarları əhatə edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti