...

Prezident İlham Əliyev: 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb

Siyasət Materials 22 Sentyabr 2025 10:22 (UTC +04:00)
Prezident İlham Əliyev: 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilmişdir.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artmış və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlmişdir.

"Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artmışdır. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir", - deyə dövlət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti