Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
7. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən
mərkəz istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak.
Həsən Əliyev küçəsi istiqamətində;
11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən
Heydər Əliyev prospekti istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
14. Babək prospekti, mərkəz istiqamətində;
15. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində
sıxlıq müşahidə olunur.