...

Məcburi dayanma zamanı bu qaydaları unutmayın - BDYPİ-dən XƏBƏRDARLIQ

Cəmiyyət Materials 22 Sentyabr 2025 09:22 (UTC +04:00)
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - BDYPİ-dən XƏBƏRDARLIQ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına xəbərdarlıq edib.

Trend həmin xəbərdarlığı təqdim edir:

"Son vaxtlar texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitələrinin sürücüləri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz maneə yaranır ki, bu da çox zaman ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.
Qanunvericiliyin tələbinə əsasən, texniki nasazlıq və ya digər səbəbdən yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalan sürücülər:
-dərhal qəza dayanma işıqlarını yandırmalı,
-avtomobildən təhlükəsiz məsafədə qəza nişanı qoymalı,
-imkan daxilində nəqliyyat vasitəsini yolun kənarına çəkməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu sadə qaydalara əməl etməklə sürücülər həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qoruya bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti