Bakı. Trend:
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon yaponiyalı həmkarı Takeşi İvaya və ABŞ dövlət katibi Marko Rubio ilə üçtərəfli görüş keçirəcək.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, görüş sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
Xarici işlər Nazirlikləri rəhbərləri xətti ilə əvvəlki üçtərəfli görüşü iyul ayında Malayziyada ASEAN tədbirləri çərçivəsində baş tutub, lakin o zaman Cənubi Koreyanı xarici işlər nazirinin müavini Park Yun Çju təmsil edirdi.