Bakı. Trend:
Səudiyyə Ərəbistanı Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə 1,38 milyard Səudiyyə riyalı (368 milyon dollar) dəyərində yeni iqtisadi yardım paketi təqdim edib.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, maliyyələşdirmə Səudiyyə Ərəbistanının Yəmən üçün İnkişaf və Yenidənqurma Proqramı vasitəsilə həyata keçirilir.
Ayrılan vəsait dövlət büdcəsinin dəstəklənməsi, neft məhsullarının tədarükü və Ədəndəki vəliəhd şahzadə Məhəmməd bin Salman xəstəxanasının əməliyyat xərclərinin ödənilməsi üçün istifadə olunacaq.