Bakı. Trend:
Cari ilin ilk altı ayı ərzində Latviyadan Azərbaycana birbaşa xarici investisiyasların həcmi 6,744 milyon dollar təşkil edib.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4,905 milyon dollar və ya 3,7 dəfə çoxdur.
Latviyanın Azərbayca iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcmindəki payı hesabat dövründə 0,2 faiz təşkil edib.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk altı ayı ərzində Latviyadan Azərbaycana birbaşa xarici investisiyalar 1,839 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk altı ayında Azərbaycanın iqtisadiyyatına qoyulan ümumi birbaşa xarici investisiyaların həcmi 3,222 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2 faiz çoxdur.
Eyni zamanda, hesabat dövründə Azərbaycanın xarici ölkələrin iqtisadiyyatlarına yönəltdiyi birbaşa xarici investisiyaların həcmi 1,350 milyard dollar təşkil edərək, 2024-cü ilin ilk altı ayı ilə müqayisədə 351,561 milyon dollar və ya 35,2 faiz çox olub.