...

Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sisteminin ilk tətbiq ediləcəyi yerlər açıqlanıb

Cəmiyyət Materials 22 Sentyabr 2025 11:34 (UTC +04:00)
Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sisteminin ilk tətbiq ediləcəyi yerlər açıqlanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ictimai nəqliyyatda “brutto müqavilə” sisteminin ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev
Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib.

O qeyd edib ki, Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti