Bakı. Trend:
Azərbaycan süni intellekt ekosistemində mühüm rol oynaya bilər.
Trend xəbər verir ki, bunu “GenAI Works” şirkətinin CEO-su və həmtəsisçisi Stiv Nuri bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Stiv Nuri deyib ki, “GenAI Works” dünyadakı ən böyük süni intellekt icması və ekosistemidir və artıq qlobal səviyyədə 14 milyon üzvü var. Onların çoxu Azərbaycanda da fəaliyyət göstərir. Şirkət hazırda dünyadakı iri müəssisələrə, o cümlədən NVIDIA və Oracle kimi şirkətlərə AI-dan rəqabət üstünlüyü qazanmaqda məsləhət verir.
CEO vurğulayıb ki, süni intellekt əsas modelləri ilə bir çox şirkət ekosistemlər qurur və bəzi hallarda yalnız “thin wrapper” üsullarından istifadə etsələr də, bu şirkətlər milyonlarla, bəzən isə milyard dollarlıq dəyərə çatırlar.
"Məsələn, “Perplexity” şirkəti yalnız 10 nəfərlik bir komanda ilə əsas model üzərində qurulub böyük bir ekosistem yaradıb və indi milyardlıq şirkətə çevrilib.
Azərbaycanın da bu modeli izləyərək süni intellekt sahəsində uğur qazana biləcəyi imkanlar mövcuddur", - deyə o vurğulayıb.