...

Hazırda sərnişindaşımanı tənzimləməkdə hansı problemlər yaşanır?

Cəmiyyət Materials 22 Sentyabr 2025 12:09 (UTC +04:00)
Hazırda sərnişindaşımanı tənzimləməkdə hansı problemlər yaşanır?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda daşıyıcıları keyfiyyətə görə tənbeh eləmək üçün AYNA-nın əlində mexanizm yoxdur.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Hazırda əsas çətinliklərdən biri odur ki, sərnişindaşıma xidmətinin keyfiyyətinə görə daşıyıcıların məsuliyyətə cəlb olunması üçün mövcud hüquqi mexanizmlər yetərli deyil. Ancaq yeni yanaşma – brutto müqavilə modeli – məhz bu boşluğu dolduracaq. Bu mexanizm sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarət ediləcək, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə və ya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcək. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təmin olunacaq”- o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti