...

Müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır - Anar Rzayev

Cəmiyyət Materials 22 Sentyabr 2025 11:20 (UTC +04:00)
Müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır - Anar Rzayev
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müntəzəm sərnişindaşıma xidmətinin səviyyəsinin aşağı düşməsi ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır.

Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına həsr edilən brifinqdə bildirib.

O bildirib ki, avtobusla müntəzəm sərnişin daşıma xidmətinin səviyyəsinin aşağı düşməsi sərnişinlər tərəfindən ictimai nəqliyyat xidmətinə inamsızlıq yaradır, avtobusdan istifadə arzusunu aradan qaldırır, taksilərə və şəxsi nəqliyyat vasitələrinə üz tutmasına səbəb olur.

"Nəticədə şəhər küçələrində şəxsi nəqliyyat vasitələrinin sayının artması və nəqliyyat sıxlığının yaranması müşahidə edilir"- deyə sədr vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti