...

Azərbaycan və Monteneqro turizm sektorunda əməkdaşlığı genişləndirmək üçün potensiala malikdirlər - Nazir

İqtisadiyyat Materials 22 Sentyabr 2025 10:38 (UTC +04:00)
Azərbaycan və Monteneqro turizm sektorunda əməkdaşlığı genişləndirmək üçün potensiala malikdirlər - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Monteneqro turizm sektorunda əməkdaşlığı genişləndirmək üçün potensiala malikdirlər.

Trend xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən Birinci Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Monteneqronun ən gözəl kurortlarından birini Azərbaycan yaradıb. İnvestisiyaların ümumi həcmi 1 milyard dollara çatıb, hərçənd bu layihənin daha da genişləndirilməsi üçün perspektivlər mövcuddur”, -deyə o qeyd edib.

Xanım nazirin sözlərinə görə, turizm Monteneqro iqtisadiyyatının ən iri sahələrindən sayılır və ölkənin ÜDM-nin təxminən 30 faizini təşkil edir.

“İqtisadi fəaliyyətin üçdə birini məhz turizmə şamil etmək olar. Bu onu ölkədə həyatın bütün başqa aspektlərinə - iqtisadi, sosial və siyasi – təsir edən mühüm strateji sahəyə çevirir”, - Kordiç vurğulayıb.

Nazir qeyd edib ki, bu gün Monteneqroya 120-dən çox ölkədən olan investorlar yatırımlar qoyur. Turizmin inkişafının əsasını “dörd ulduzdan yuxarı” standartına uyğun keyfiyyətli turizm konsepsiyası təşkil edir. Onun sözlərinə görə, yüksək səviyyəli layihələr üçün ilk növbədə vergi güzəştləri olmaqla, bir sıra stimullar və digər imtiyazlar təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti