Bakı.Trend:
Sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən həyata
keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun
sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi
Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın
sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
cinayət işi başlanaraq istintaq aparılır.
Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.