Bakı. Trend:
İtaliyada ictimai nəqliyyat sektoruna aid həmkarlar ittifaqları ümummilli tətil keçirir. Ölkənin çoxsaylı şəhərlərində yürüşlərlə müşayiət olunacaq kampaniyaya ölkənin təhsil müəssisələri, o cümlədən məktəblər də qoşulub.
Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, tətil iştirakçıları “müharibə iqtisadiyyatına”, ölkə büdcəsindən orduya ayırılan vəsaitin artırılmasına, eləcədə İsrailə silah tədarükünə etiraz edir. Etirazçılar ictima sektorda əməyin istismar edildiyini, əmək haqqlarının ədalətsiz olduğunu, dövlətin aydın sənaye siyasətinin olmamasından gileylənir.
Onlar eyni zamanda, minimal əmək haqqının saatına 12 avroya qaldırılmasını tələb edirlər.
Axşam saatlarına kimi 80-dən çox şəhərdə, o cümlədən Roma, Milan, Neapol, Genoya, Palermoda kütləvi nümayişlərin keçiriləcəyi bildirilir.