...

"Kəpəz" Adil Şükürovu istefaya göndərib

İdman Materials 22 Sentyabr 2025 13:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Kəpəz" baş məşqçi Adil Şükürovla yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 5 oyunun hamısında məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti