...

Özbəkistan Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləyəcək

İqtisadiyyat Materials 22 Sentyabr 2025 13:37 (UTC +04:00)
Özbəkistan Azərbaycanda kiçik və orta biznesin inkişafını dəstəkləyəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan arasında biznes əlaqələrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

Bunu Trend-ə açıqlamasında Özbəkistan Ticarət və Sənaye Palatası sədrinin müşaviri Saidnazırxanov Saidkomıl Saidaxmadxanoviç Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu forum Özbəkistan və Azərbaycan arasındakı əməkdaşlıq imkanlarını daha da artıracaq: ""Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti" (AUIC) üzvləri arasında danışıqlar aparıldı. Danışıqlar nəticəsində Özbəkistan orta və kiçik bizneslərin inkişafını dəstəkləyəcəyini açıqladı. Bu, əlbəttə, gələcəkdə iki dövlət arasındakı iqtisadi imkanların genişləndirilməsinə mühüm töhfə verəcək".

Sədr Özbəkistanın Azərbaycanla bağlı gələcək planlardan da danışıb: "Gələcək planlara gəldikdə, iki dövlət arasındakı biznes əlaqələrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Dövlətlər bir-biri ilə əməkdaşlığı gücləndirəcək, müxtəlif işgüzar platformalar və dialoq imkanları yaradacaq. Orta və kiçik biznes üçün bu, iki dövlət arasındakı əməkdaşlığı daha da irəlilətmək üçün yaxşı bir platforma olacaq. Bu isə bizə mövcud imkanlardan maksimum yararlanmağa şərait yaradır. Özbəkistan bu məqsədlə qısa müddətdə lazımi addımlar atıb. Bundan sonra Azərbaycan tərəfi də öz imkanlarını təqdim edərək qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək".

Palata rəsmisi qeyd edib ki, bunun nəticəsi olaraq, iki dövlət arasında innovasiya və inkişaf imkanları artırılacaq: "Eyni zamanda hər iki ölkənin iqtisadi sektoru da bu əməkdaşlıqdan fayda götürəcək. Beləliklə, Azərbaycan və Özbəkistan arasındakı əməkdaşlıq daha da genişlənəcək və yeni imkanlar yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti