Bakı. Trend:
Orta dəhliz Asiya və Avropa ölkələri arasında yükdaşımalarında mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
“İnfrastruktur əlaqəliliyin təşviqi “Bir kəmər, bir yol” təşəbbüsünün əsas elementlərindən biri olaraq qalmaqdadır. Çin tərəfdaşları ilə birlikdə regionda China–Europe Railway Express və Orta dəhlizin tikintisi vasitəsilə dəmir yolu əlaqələrini fəal şəkildə gücləndirir, həmçinin Çin-Qırğızıstan-Özbəkistan kimi digər mühüm dəmir yolu marşrutlarını inkişaf etdirərək bütövlükdə Avrasiya məkanında kompleks və çoxölçülü nəqliyyat şəbəkəsi yaradır”, - deyə diplomat əlavə edib.
O qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində fəal əməkdaşlıq edirlər.