...

Dünya Bankı yaxın 15 il ərzində Orta dəhliz infrastrukturunun inkişaf etdirilməsi üçün tələb olunan investisiya məbləğini açıqlayıb

İqtisadiyyat Materials 22 Sentyabr 2025 14:22 (UTC +04:00)
Dünya Bankı yaxın 15 il ərzində Orta dəhliz infrastrukturunun inkişaf etdirilməsi üçün tələb olunan investisiya məbləğini açıqlayıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bankı yaxın 15 il ərzində Orta dəhlizin infrastrukturuna 28 milyard dollar investisiya qoyuluşuna ehtiyac olduğunu təxmin edir.

Trend xəbər verir ki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında danışıb.

Onun sözlərinə görə, dəmir yollarına 25 milyard dollar, limanların genişləndirilməsi və müasirləşdirilməsinə isə 1,8 milyard dollar tələb olunacaq.

Prays vurğulayıb ki, dəhlizin dar hissələrində - dənizdən dəmir yollarına, dəmir yollarından avtotraslara kimi müxtəlif nəqliyyat növlərinin qovşağında ləngimələr meydana gəlir və bu problemləri həll etmək lazımdır.

“Başqa bir vacib aspekt – dəhlizin ərazisindən keçdiyi ölkələrin sayının çox olmasıdır. Rəqəmsallaşma, prosedurlar və tənzimləmələr üzrə harmonizasiya olunmuş yanaşmaların tapılması son dərəcə vacibdir ki, dəhliz boyunca hərəkət maksimum dərəcədə fasiləsiz olsun”,- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti