...

2024-cü il ərzində Azərbaycandan keçən tranzit yüklərin ümumi həcmi açıqlandı

İqtisadiyyat Materials 22 Sentyabr 2025 14:47 (UTC +04:00)
2024-cü il ərzində Azərbaycandan keçən tranzit yüklərin ümumi həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın əlverişli coğrafi və strateji mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş proqram və layihələrin uğurla icrası nəticəsində ölkədə tranzit yükdaşımaların həcmi 2024-cü ildə 14,5 milyon tona çatıb.

Bu haqda Trend Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Hesablamalara görə, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri üzrə tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə 21,8% artıb. Bu, 2023-cü ildəki göstəricidən 8,4% çoxdur və 2019-cu ilin göstəricisini isə 2,5 dəfə üstələyir.

2023-cü illə müqayisədə avtomobil daşımalarının həcmi 11%, dəmir yolu daşımalarının həcmi 6%, hava daşımalarının həcmi isə 12% artıb.

Xüsusilə, dəmir yolu ilə tranzit yükdaşımaların həcmi 2022-ci ildə 7,4 milyon ton təşkil etdiyi halda, 2023-cü ildə 6,7 milyon tona enib, 2024-cü ildə isə 7,0 milyon tona yüksələrək 2023-cü illə müqayisədə 5,6% artım nümayiş etdirib. Avtomobil daşımalarının həcmi 2022-ci ildə 4,3 milyon tondan 2024-cü ildə 7,2 milyon tona qədər yüksələrək 10,5% artıb. Hava daşımaları isə 2022 və 2024-cü illərdə 0,3 milyon ton təşkil edib, 2023-cü ildə isə kiçik azalma ilə 0,2 milyon tona enib; ümumilikdə 2024-cü ilə qədər hava daşımalarında 25,6% artım qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti