...

2026 maliyyə ilində Dünya Bankı və Avropa İttifaqı Orta dəhliz üzrə yüksək səviyyəli dialoq irəlilətməyi planlaşdırır

İqtisadiyyat Materials 22 Sentyabr 2025 14:08 (UTC +04:00)
2026 maliyyə ilində Dünya Bankı və Avropa İttifaqı Orta dəhliz üzrə yüksək səviyyəli dialoq irəlilətməyi planlaşdırır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Gələn maliyyə ilində Dünya bankı və Avropa İttifaqı birgə şəkildə Orta dəhliz üzrə yüksək səviyyəli dialoq irəlilətməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays deyib.

“2026-cı maliyyə ilində Dünya Bankı və Avropa İttifaqı Orta Dəhliz üçün xüsusi olaraq investisiya prioritetlərinin müəyyənləşdirilməsi, birgə maliyyə imkanlarının yaradılması və hesabatlılıq mexanizmi ilə koordinasiyanın gücləndirilməsi məqsədilə inkişaf tərəfdaşlarını bir araya gətirərək yüksək səviyyəli dialoqu birgə şəkildə irəlilətməyi planlaşdırır”, - deyə o bildirib.

Praysın sözlərinə görə, bank Orta Dəhlizin inkişafı və təkmilləşdirilməsinə dərin şəkildə cəlb olunub. O, marşrut boyunca infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasına, infrastrukturun operativ fəaliyyətinə və sektoral islahatlara, həmçinin institusional potensialın və əlaqələndirmənin inkişafına xüsusi diqqət yetirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti