Bakı. Trend:
Dağıdıcı “Raqasa” supertayfunu ilə əlaqədar Filippinin şimal bölgəsində minə yaxın insan təxliyə olunub.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sentyabrın 22-də adanın Kaqayan əyalətində küləyin sürəti saatda 230 kilometrə çatıb. Sinoptiklər tayfunun Çinin cənub rayonları istiqamətində irəlilədiyini bildirirlər. Ölkədə daşqın və torpaq sürüşmələri gözlənilir.
Çin hakimiyyəti isə risk zonasında olan 400 minə yaxın insanı təxliyə etməyə hazırlaşır. Supertayfunun ən çox Quandun əyalətinə təsir edəcəyi ehtimal olunur. Tayvandan artıq yüzlərlə insan çıxarılıb. Adada bərə reysləri təxirə salınıb, vətəndaşlara meşə və təbiətdə gəzintiyə çıxmaq qadağan olunub.