Bakı. Trend:
Bu günə qədər Azərbaycan neft-qaz sektoruna 144 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib.
Trend xəbər verir ki, bunu Azərbaycanın enenergetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
O, qeyd edib ki, Azərbaycan regionda Xəzər dənizini beynəlxalq sərmayədarlara açan və Xəzərdən Aralıq dənizi, Qara dəniz və Adriatikə enerji dəhlizləri yaradan ilk ölkə olub:
"Bu günədək Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə Azərbaycandan 540 milyon ton neft, Mərkəzi Asiya ölkələrindən isə 53 milyon ton neft dünya bazarlarına nəql olunub".