...

2025-ci ilin ilk altı ayında Azərbaycandan Taylanda tədarük olunan neftin həcmi bəlli olub

İqtisadiyyat Materials 22 Sentyabr 2025 17:54 (UTC +04:00)
2025-ci ilin ilk altı ayında Azərbaycandan Taylanda tədarük olunan neftin həcmi bəlli olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Taylanda 75,9 milyon ABŞ dolları dəyərində və 137,8 min ton həcmində xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 158,3 milyon ABŞ dolları və ya 67,6 faiz, həcm baxımından isə 249 min ton və ya 63,4 faiz azalıb.

Müqayisə üçün bildirək ki, ötən ilin ilk altı ayında Azərbaycandan Taylanda 234,2 milyon ABŞ dolları dəyərində 376,8 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15 milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az, həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti