...

Ankara-Bakı reysini həyata keçirən təyyarədə əsassız həyəcan siqnalı verilib

Cəmiyyət Materials 22 Sentyabr 2025 17:44 (UTC +04:00)
Ankara-Bakı reysini həyata keçirən təyyarədə əsassız həyəcan siqnalı verilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

22 sentyabr 2025-ci il tarixində Ankara - Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə verilən məlumata görə, təyyarə yerli vaxtla saat 15:55-da Bakı hava limanına təhlükəsiz eniş edib.

Bildirilib ki, beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.

Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir.

Xəbər lenti

Xəbər lenti