...

Livanda ehtiyatda olan hərbçilər paytaxt küçələrini bağlayıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2025 17:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Livanda yüzlərlə ehtiyatda olan hərbçi və jandarm paytaxt Beyrutun mərkəzində etiraz aksiyası keçirib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Etirazçılar hökumətdən pensiyaların və sosial müavinətlərin indeksasiyasını və onların məbləğinin artırılmasını tələb edirlər. Aksiyanın gedişində etirazçılar şəhərin mərkəzi hissəsinə aparan yolları bağlayıblar.

Nəticədə Livan hökumətinin 2026-cı ilin dövlət büdcəsi ilə bağlı iclası bir neçə saatlıq təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti