...

2030-cu ilədək Azərbaycanın enerji istehsal gücündə bərpaolunan enerjinin payı 38 faizə çatdırılacaq - Nazir

Yaşıl iqtisadiyyat Materials 22 Sentyabr 2025 17:06 (UTC +04:00)
2030-cu ilədək Azərbaycanın enerji istehsal gücündə bərpaolunan enerjinin payı 38 faizə çatdırılacaq - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qarşıdakı iki ildə ümumi gücü 2000 MVt-dan artıq olan 10 günəş və külək elektrik stansiyasını istismara verməyi, bu layihələrə isə 2,7 milyard ABŞ dolları həcmində sərmayə yatırmağı planlaşdırır.

Trend xəbər verir ki, bunu Azərbaycanın enenergetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Nazir vurğulayıb ki, 2030-cu ilə qədər ölkənin enerji istehsal gücündə bərpaolunan enerjinin payını 38 faizə çatdırmaq nəzərdə tutulur:

"Hazırda Xəzər dənizində külək enerjisi potensialının qiymətləndirilməsi, ərazilərin müəyyənləşdirilməsi və ofşor elektrik stansiyalarının tikintisi üzrə 7 yerli və beynəlxalq şirkətlə əməkdaşlıq aparılır. 2032-ci ilə qədər 6 GVt-dan çox onşor və ofşor günəş və külək gücünün yaradılması və Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizlərinin mərhələli şəkildə işə salınması nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji dəhlizi layihələri həyata keçirilir. Bu layihələr həm Naxçıvan bölgəsindən, həm də Ermənistan üzərindən keçməklə Türkiyə və Avropanı əlaqələndirə bilər və eyni zamanda Mərkəzi Asiya ilə körpü rolunu oynaya bilər".

Nazir qeyd edib ki, Qazaxıstan və Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığımız kompleks xarakter daşıyır və vahid regional yaşıl enerji platformasının qurulmasına yönəlib:

"Bu istiqamətdə ilk mühüm addımlar ötən il Bakıda keçirilmiş COP29 zamanı atıldı. Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında yaşıl enerji üzrə strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalandı. Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının sərmayədar kimi bu layihələrdə iştirakı ilə bağlı sənədlər qəbul edildi".

Xəbər lenti

Xəbər lenti