...

Elnur Rzayev 5 yaşı tamam olan şəhid övladını təbrik edib (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2025 17:11 (UTC +04:00)
Elnur Rzayev 5 yaşı tamam olan şəhid övladını təbrik edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 27 Sentyabr – Anım Günü ərəfəsində Şıxhaput kəndində şəhid Mahir Ağasəlim oğlu Məmmədovun ailəsini ziyarət edib.

Trend-ə icra hakimiyyətindən verilən məlumata əsasən, rayon rəhbəri şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, şəhidlər Vətən uğrunda canlarını fəda etməklə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazıblar.

Bildirilib ki, görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin oğlu Səlim Məmmədovu 5 yaşı tamam olması münasibətilə təbrik edib, xoş arzularını çatdırıb və hədiyyə təqdim edib:

"Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti