...

Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilib (FOTO)

Siyasət Materials 22 Sentyabr 2025 17:06 (UTC +04:00)
Azərbaycan və Laos arasında müxtəlif sahələrdə əməkdaşlıq müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Laos Xalq Demokratik Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanla görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə cari ildə Azərbaycan ilə Laos arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib.

İki ölkə arasında yaxşı əlaqələrin olduğu vurğulanıb, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlərin mövcudluğu qeyd edilib.

S.Kotputanın səfəri çərçivəsində müvafiq Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti