...

Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında artım qeydə alınıb - ADY

Cəmiyyət Materials 22 Sentyabr 2025 17:59 (UTC +04:00)
Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında artım qeydə alınıb - ADY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sumqayıt-Bakı istiqamətində səfər edən sərnişinlərin sayında gündəlik 10%-ə yaxın artım qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə yeni qrafikin tətbiqi nəticəsində rekord sayda sərnişin daşınıb.

"15-21 sentyabr həftəsində Abşeron dairəvi marşrutu üzrə ümumilikdə 231 655 sərnişin, o cümlədən 16 sentyabrda 42 490 sərnişin səfər edib. Bu, həm həftəlik, həm də günlük rekord göstəricilərdir.

Bundan başqa, reys sayının artırılması nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə qatarlardakı sıxlıq 18 faiz azalıb",-məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti