...

Nvidia OpenAI-yə investisiya yatıracaq

Dünya xəbərləri Materials 23 Sentyabr 2025 03:26 (UTC +04:00)
Nvidia OpenAI-yə investisiya yatıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çip istehsalçısı Nvidia “ChatGPT”-nin yaradıcısı OpenAI şirkətinə 100 milyard dollara qədər investisiya yatıracaq.

Trend xəbər verir ki, bu barədə şirkətlərin bəyanatında bildirilib.

Qeyd olunub ki, strateji tərəfdaşlıq çərçivəsində Nvidia OpenAI-yə süni intellekt modellərinin öyrədilməsi və istifadəsi üçün lazım olan məlumat mərkəzlərinin yaradılması məqsədilə çip tədarük edəcək. Onların ümumi gücü ən azı 10 GVt olacaq ki, bu da OpenAI-yə “yeni nəsil süni intellekt infrastrukturu” yaratmağa imkan verəcək.

Yaxın gələcəkdə şirkətlər razılaşmanın detallarını müzakirə edəcək və 2026-cı ilin ikinci yarısında bu infrastrukturun yerləşdirilməsinə başlanacaq.

Bu məlumatdan sonra Nvidia-nın səhmləri 4% yüksəlib.

Xəbər lenti

Xəbər lenti