Bakı. Trend:
2025-ci ilin iyul ayında ailə başçısını itirməyə görə 188 106 nəfərə pensiya və müavinət ödənilib.
Trend xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, onlardan 135 900 nəfərdən çoxu pensiya, 52 100 nəfərdən çoxu isə müavinət alıb.
Qeyd edək ki, 2024-cü ilin iyul ayında ailə başçısını itirməyə görə 189,8 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib. Onlardan 135,3 min nəfərdən çox şəxs pensiya, 54,4 min nəfərdən çox şəxs isə müavinət alıb.