Bakı. Trend:
"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəflərindən biri "Real Sosyedad"da çıxış edən Takefusa Kubodur.
Yaponiyalı hücumameyyilli yarımmüdafiəçinin klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği var. "Arsenal" isə 24 yaşlı oyunçu ilə 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında Madrid "Real"ından transfer edib.