...

Azərbaycan və Tanzaniyə Baş prokurorluqları memorandum imzalayıblar (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2025 12:17 (UTC +04:00)
Azərbaycan və Tanzaniyə Baş prokurorluqları memorandum imzalayıblar (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi istiqamətində fəal siyasət həyata keçirir:

"Bu çərçivədə, Tanzaniya Birləşmiş Respublikasının Dövlət prokurorluğunun direktoru Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sentyabrın 22-də Baş prokuror Kamran Əliyev Silvester Antoni Mvakitalunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib".

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tanzaniyə Birləşmiş Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti