Bakı. Trend:
Milanda keçirilən aksiya polislə toqquşma ilə başa çatıb.
Trend xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.
Hadisə zamanı 60 polis əməkdaşı xəsarət alıb, azı 10 etirazçı saxlanılıb.
Ən aqressiv fəallar mərkəzi vağzaldakı baryerləri aşaraq qatarların hərəkətini müvəqqəti dayandırıblar. Nümayiş vandalizm aktları ilə müşayiət olunub.