...

Zelenski Kelloqla ABŞ-dən Ukraynaya silah tədarükü məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 23 Sentyabr 2025 10:01 (UTC +04:00)
Zelenski Kelloqla ABŞ-dən Ukraynaya silah tədarükü məsələsini müzakirə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi səfirir Kit Kelloqla ABŞ-dən silah tədarükü ilə bağlı məsələləri müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə ukraynalı dövlət başçısı öz Telegram-kanalında yazıb.

“Müzakirələrdə Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişafı, xüsusilə Ukraynanın ABŞ-yə təklif etdiyi dronlar və Amerika silahlarının alınması üzrə qarşılıqlı-faydalı sazişlərə toxunmuşuq”, - Zelenski yazıb.

O əlavə edib ki, Kelloqu Ukrayna silahlı qüvvələrinin Dobropolya və Pokrovska yaxınlığındakı əməliyyatları barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti