...

Prezident İlham Əliyev: Səudiyyə Ərəbistanı ilə ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir

Siyasət Materials 23 Sentyabr 2025 11:22 (UTC +04:00)
Prezident İlham Əliyev: Səudiyyə Ərəbistanı ilə ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.

“İqtisadiyyat, ticarət, sənaye, investisiya, alternativ və bərpaolunan enerji, yaşıl keçid və digər sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmində olduğumuzu bildirirəm”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti