...

Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti və elmi-tədqiqat institutu Azərbaycanda filial açmaqla maraqlanır - Nazir

İqtisadiyyat Materials 23 Sentyabr 2025 10:38 (UTC +04:00)
Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti və elmi-tədqiqat institutu Azərbaycanda filial açmaqla maraqlanır - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti və elmi-tədqiqat institutu Azərbaycanda filial açmaqla maraqlanır.

Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi, logistika imkanları və iqlim şəraiti burada insan kapitalına və sərmayəyə qoyulan diqqətin vacibliyini göstərir: "Məsələn, Macarıstanın ən böyük kənd təsərrüfatı universiteti və elmi-tədqiqat institutu Azərbaycanda filial açmaqla maraqlanır. Bu, yalnız investisiyaya deyil, həm də təhsilə sərmayə qoyuluşuna marağı göstərir".

"Nəticə olaraq qeyd etmək istərdim ki, təhsil və elmi-tədqiqat fəaliyyəti Azərbaycanda əlavə dəyər yaradan məhsullara investisiyanın əsasını təşkil edir və dövlət bu istiqamətdə dəstəyini davam etdirəcək. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yerli fermerlərlə birlikdə çalışırıq. Beynəlxalq investorlar da azad edilmiş ərazilərdə üzümçülük, qida emalı və fındıqçılıq sahələrində investisiya qoymaqla maraqlanırlar", - deyə nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti